Ordu.az Gazeta.ua saytına istiandən xəbər verir ki, bu barədə Ukrayna ordusundan olan mənbələr məlumat yayıb.
Məlumata görə, mayın 1-dən etibarən Almaniyanən Hohenfels şəhəri yaxınlığında yerləşən hərbi poliqonda keçirilən “”Combined resolve” beynəlxalq təlimlərində Ukrayna Silahlı Qüvvələrinin 14-cü ayrılmış mexaniki birqadanın tank bölüyü 79-cu desant-hücum briqadasının desantçı rotası ilə birgə ABŞ istehsalı olan 4 ədəd “Abrams” tankını məhv edib.
Təlimlərdə müxtəlif ölkələrdən 3700-ə yaxın əsgər iştirak edir. Ukraynanlılar ssenariya uyğun olaraq aqressor rolunda çıxış edirlər. Albaniya, Bolqarıstan, Gürcüstan, Polşa və ABŞ isə Ukraynaya qarşı mübarizə aparan qüvvələrdir.
Ağalar Qəribov
Ordu.az