Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.
Məlumata görə, Fransa, Almaniya və Böyük Britaniya liderlərinin Trampla danışıqlarından məlumatlı olan mənbələr ABŞ prezidentinin İranın nüvə müqaviləsindən çıxmaq və Tehrana qarşı sanksiyalar tətbiq etmək niyyətində olduğunu bildiriblər.
“Hazırda ABŞ prezidentinin öz qərarını qəti şəkildə dəyişdirərək Avropa ölkələrinə İranla əməkdaşlığı davam etdirməyə icazə verəcəyi bəlli deyil”, - deyə məlumatda vurğulanır.
Qeyd edək ki, Tramp nüvə müqaviləsinə dair qərarını bu gün Bakı vaxtı ilə saat 20:00-da açıqlayacaq.
Ağalar Qəribov
Ordu.az