Ordu.az “Yomiuri” nəşrinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidenti Mun Çje İn bəyan edib.
“ABŞ və Şimali Koreya liderlərinin qarşıdakı görüşündə Kreya yarımadasının tam nüvəsizləşdirilməsinə dair konkret planın razılaşdırılması çox vacibdir. Kim Çen Inın aprelin 27-də keçirilən sammitdə qeyd etdiyi cəhdlər ABŞ və KXDR liderlərinin qarşıdakı sammitində uğura nail olmaq üçün müsbət baza rolunu oynamalıdır”, - deyə Mun Çje İn bildirib.
O qeyd edib ki, KXDR lideri beynəlxalq ictimaiyyətin nüvəsizləşdirməyə dair tələblərini aydın şəkildə dərk edir və nüvə poliqonunun bağlanması bunu sübut edir.
Ağalar Qəribov
Ordu.az