Suriyada Rusiya helikopteri qəzaya uğrayıb - Ölənlər var

2018/05/134534_1525756354.jpg
Oxunub: 3758     13:11     08 May 2018    
Suriyada Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Ka-52 helikopteri qəzaya uğrayıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, helikopterin hər iki pilotu həlak olub. Pilotların cəsədləri Rusiyanın Suriyada yerləşən “Hmeymim” aviabazasına çatdırılıb.

Rəsmi versiyaya görə, Ka-52-nin qəzaya uğrama səbəbi texniki nasazlıqdır, lakin “Kommersant” nəşri iddia edir ki, helikopter Suriyanın şərqində patrul fəaliyyəti həyata keçirərkən ABŞ tərəfindən dəstəklənən silahlı birləşmələrin nəzarətində olan ərazi üzərindən uçarkən vurulub. Həmçinin qeyd edilir ki, Ka-52-yə zərbə zenit raket kompleksindən istifadə edilməklə endirilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ka-52   Suriya   Qəza  


Bizi "telegram"da izləyin