Putin: “Rusiyanın təhlükəsizliyi və müdafiə qabiliyyəti təmin edilib”

2018/05/orig-1525685108eed6e1e85b5f7e5bf6e060a168a8e2953456_1525690378.jpeg
Oxunub: 3132     18:48     07 May 2018    
“Rusiyanın təhlükəsizliyi və müdafiə qabiliyyəti etibarlı şəkildə təmin edilib”.

Ordu.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bu gün keçirilən andiçmə mərasimində bəyan edib.

“Rusiyanın təhlükəsizliyi və müdafiə qabiliyyəti etibarlı şəkildə təmin edilib. Lakin buna baxmayaraq, bu sahəyə diqqət göstərilməsi bundan sonra da davam edəcək”, - deyə Putin bildirib.

Rusiya prezidenti qeyd edib ki, Rusiya digər dövlətlərlə rəqabət aparmır və müdafiə sahəsinə diqqətin artırılması təhlükəsizliyin təmin edilməsi ilə əlaqədardır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Putin  


Bizi "telegram"da izləyin