Almaniya prezidenti: “Trampı İranın nüvə müqaviləsindən çıxmamağa səsləyirəm”

2018/05/1937-Ştaynmayer_1525683463.jpg
Oxunub: 4454     17:07     07 May 2018    
“ABŞ-ın İranın nüvə müqaviləsindən çıxması geridönməz nəticələrə səbəb ola bilər”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər ki, bu barədə Almaniya prezidenti Frank-Valter Ştaynmayer bəyan edib.

“Dərk etməliyik ki, 2015-ci ildə bu müqavilənin imzalanması ilə müharibənin qarşısını aldıq. Bu, çox vacib mərhələdir. Əgər müqavilə pozulsa, Yaxın Şərqdə yeni silahlanma yarışı başlanacaq”, - deyə Ştaynmayer bildirib.

O qeyd edib ki, Tramp İranla nüvə müqaviləsini pozmağa ehtiyatla yanaşmalıdır, əks təqdirdə bunun nəticələrindən əziyyət çəkən ölkələrdən biri də ABŞ ola bilər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Almaniya  


Bizi "telegram"da izləyin