Suriya Quru Qoşunları Dəməşqin cənubunda davam edən hərbi əməliyyata dəstək məqsədilə bölgəyə əlavə qoşun və hərbi texnika cəlb edib.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, dəstəyin gəlməsi ilə İŞİD terrorçularının mövqelərinə edilən hücumlar da intensivləşib.
Məlumata görə, bölgədə şəhər döyüşləri davam edir. Daha bir neçə binanı təmizləyən ordu qüvvələri onlarla terrorçunu da məhv edib.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Suriya
Dəməşq
İŞİD