Ordu.az “South China Mornings” nəşrinə istinadən xəbər verir ki, bu barədə Çin hökumətindən olan mənbələr məlumat yayıb.
Məlumata görə, Çin baş naziri Yaponiyaya səfəri çərçivəsində baş nazir Sindzo Abe, üçtərəfli görüşdə isə həmçinin Cənubi Koreya prezidenti Mun Çje İnlə görüşəcək.
Danışıqlar çərçivəsində müzakirə ediləcək əsas mövzuların Koreya yarımadasının nüvəsizləşdirilməsi, regionda stabillik və təhlükəsizlik, həmçinin ölkələr arasında əməkdaşlığın səviyyəsinin yüksəldilməsindən ibarət olacağı təxmin edilir.
Ağalar Qəribov
Ordu.az