Britaniya və Fransa yeni Avropa ordusunun yaradılmasını dəstəkləyib

2018/05/1921_1525675784.jpg
Oxunub: 2363     14:47     07 May 2018    
“Böyük Britaniya və Fransa Avropa sürətli reaksiya qüvvələrinin yaradılması ideyasını dəstəkləyir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Britaniya müdafiə sahəsində alışlar naziri Frederik Kurzon bəyan edib.

“Biz Makronun bu təşəbbüsünü dəstəkləyirik. Səbrsizliklə fransız həmkarlarımızla görüşərək Avropanın daha effektiv təhlükəsizlik və müdafiə sisteminin yaradılması üzrə ideyalarımızı mübadilə etməyi gözləyirik. Hesab edirik ki, yeni qüvvələrin böyük rolu ola bilər”, - deyə Kurzon bildirib.

O qeyd edib ki, Avropada belə bir ordunun yaradılması təhlükəsizlik və müdafiə baxımından töhfə verə bilər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Böyük-Britaniya   Fransa  


Bizi "telegram"da izləyin