Netanyahudan Moskvaya səfər - İran müzakirə ediləcək

2018/05/1920_1525674932.jpeg
Oxunub: 1946     14:35     07 May 2018    
İsrail baş naziri Binyamin Netanyahu mayın 9-da Moskvaya səfər edəcək.

Ordu.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu barədə Kremlin saytına məlumat yerləşdirilib.

Netanyahu Böyük Vətən Müharibəsində qazanılan qələbənin 73-cü ildönümünə həsr edilən Qələbə Paradına dəvət edilib.

Paraddan sonra Rusiya prezidenti Vladimir Putin və Netanyahu arasında danışıqlar baş tutacaq. Danışıqların əsas mövzusunu İranın nüvə müqaviləsi təşkil edəcəyi gözlənilir. O cümlədən tərəflərin Yaxın Şərqdəki vəziyyət və aktual qlobal münaqişələri, həmçinin dövlətlərarası münasibətləri müzakirə edəcəyi təxmin edilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Binyamin-Netanyahu   Vladimir-Putin   Qələbə-Paradı  


Bizi "telegram"da izləyin