Ordu.az “Der Spiegel” nəşrinə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron bəyan edib.
“Əminəm ki, ABŞ prezidenti Donald Tramp müharibənin baş verməsini arzulamır. Nüvə müqaviləsindən imtina etmək Pandora qutusu açmaqdır, müharibə baş verə bilər”, - deyə Makron bildirib.
O qeyd edib ki, müharibənin baş verməsi nə ABŞ, nə Fransa, nə də digər dövlətlər üçün əlverişli deyil və bundan istənilən yolla yayınmaq lazımdır.
Ağalar Qəribov
Ordu.az