İŞİD Suriya ordusunun mövqelərinə qarşı yeni hücuma hazırlaşır

2018/05/487845_1525671985.jpg
Oxunub: 3102     13:46     07 May 2018    
İŞİD terrorçu qrupunun Deyr əz-Zorda Suriya hökumət qüvvələrinin mövqelərinə doğru yeni hücuma hazırlaşdığı iddia edilir.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan etibarlı mənbəyə söykənən İran KİV-ləri məlumat yayıb.

Məlumata görə, hücumun məqsədi ordunun diqqətini bölgəyə cəlb etmək və onun Dəməşqin cənubundakı irəliləyişinin qarşısını almaqdır.

Mənbənin məlumatına görə, İŞİD artıq ölkənin şərq bölgəsindəki Badiyə zonasının bir hissəsinə geniş tərkibdə silahlı dəstə cəmləyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Suriya   İran  


Bizi "telegram"da izləyin