Vaşinqton və Seul ABŞ-ın qoşunları çıxarmasını müzakirə etməyə yaxınlaşır

2018/05/1913_1525671028.jpg
Oxunub: 2240     13:31     07 May 2018    
Vaşinqton və Seuldan olan rəsmi şəxslər Amerika qoşunlarının Cənubi Koreyadan çıxarılmasını müzakirə etməyə daha çox hazırlıq nümayiş etdirirlər.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ və Cənubi Koreyada cəmi bir neçə həftə öncə “qadağan edilmiş” mövzu olan qoşunların çıxarılması KXDR lideri Kim Çen Inla ABŞ prezidenti Donald Trampın mümkün görüşü fonunda daha real görünür.

Qeyd edilir ki, bu mövzu məhz KXDR lideri Kim Çen In tərəfindən ABŞ lideri ilə görüş çərçivəsində ön plana çıxarılacaq. Inın bunu KXDR-in nüvəsizləşdiriləcəyi təqdirdə ABŞ qoşunlarının regionda əlavə narahatlıq yarada bilməsi və gərəksizliyi ilə əsaslandıracağı təxmin olunur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Cənubi-Koreya   KXDR  


Bizi "telegram"da izləyin