İsrailin keçmiş müdafiə naziri: “Tel-Əviv S-300-lərin Suriyaya təchizatına mane olmaq niyyətindədir”

2018/05/received_2532859230273563_1525543446.jpeg
Oxunub: 3313     01:57     06 May 2018    
“İsrail Rusiyanın S-300 zenit raket komplekslərinin Suriya hökumətində peyda olmasını istəmir”.

Ordu.az “Arqaumentı və faktı” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsrailin keçmiş müdafiə naziri Moşe Yaalon bildirib.

Yaalon qeyd edib ki, Rusiya tərəfinin Suriyanı qarşılıqsız şəkildə S-300 “Favorit”lərlə təchiz etmək istəyi İsrailin rəsmi mövqeyinə qarşıdır.

“İsrail Suriya hökumətində belə güclü silahın peyda olmasını dəstəkləmir. Daha öncə belə məsələlər yarananda Moskva ilə şəxsi kanllarla əlaqə yaradılaraq yoluna qoyulurdu. S-300-lərin təchizatına qeyri-ciddi yanaşmaq olmaz”, - deyə Yaalon bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   S-300   Suriya  


Bizi "telegram"da izləyin