Koreya sülh danışıqları ABŞ qoşunları üçün nə mənaya gəlir?

2018/05/received_2532858820273604_1525539224.jpeg
Oxunub: 2635     00:55     06 May 2018    
Cənubi Koreya hazırda ABŞ-ın ən böyük xarici hərbi mövcudluqlarından birinə ev sahibliyi edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu ölkənin bir çox hissəsində yerləşdirilmiş ABŞ əsgərlərinin ümumi sayı təqribən 30 minə yaxındır.

Lakin Şimal və Cənub arasında cərəyan etməkdə olan sülh prosesi bu qoşunların gələcək taleyi barəsində də bəzi suallar doğurur. Çünki KXDR həmişə ABŞ qoşunlarının Cənubi Koreyada qalmasını sülhə əngəl kimi görüb.

Hazırkı ABŞ qarnizonu regiondakı aktiv Şimali və Cənubi Koreya qoşunlarının sadəcə bir fraksiyasını təşkil edir və quru qoşunları Şimalın nücə raketləri və digər kütləvi qırğın silahları üçün mövcud olan təhdidin əsasını təşkil etmir.

Lakin bir çox Cənubi Koreya ABŞ mövcudluğunu rəmzi öhdəlik kimi dəyərləndirir. Şimal-Cənub münaqişəsinin ön xəttində ABŞ əsgərləri olmadan ABŞ Cənubi Koreya mühafizəsində motivasiyadan düşə bilər.

Təhlükəsizlik həm də bədəl tələb edir. Cənubi Koreya hazırda illik ABŞ qoşunlarının saxlanma xərclərinin demək olar ki yarısını – 890 milyon dollar vəsait ödəyir.

ABŞ prezidenti Donald Tramp qoşunların xaricdə saxlanmasına çəkilən xərclərdən şikayətlənərək Cənubi Koreyanı iki seçim arasında qoyduğu iddia edilir: ya ödənilən vəsait artırılsın, ya da saxlanan qoşunların sayı alaldılacaq.

Lakin görünür ki, hələlik ABŞ qoşunlarının Cənubi Koreyadan tezliklə çəkilməsi baş verməyəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Cənubi-Koreya   KXDR  


Bizi "telegram"da izləyin