Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, buna səbəb Pakistanın xarici kosmik mülklərdən asılılığını azaltmağa nail olmaqdır.
Məlumata görə, 2019-cu ildə Pakistan bu ilə nəzərən Kosmos və Daha Yuxarı Atmosferin Tədqiqat Komissiyasına (SUPARCO) 40 milyon dollar daha çox vəsait ayıracaq. Ölkə gələn il ərzində bir neçə yeni peyki orbitə çıxarmağı planlaşdırır.
Pakistanın orbitə çıxarmağı düşündüyü peyklər həm mülki, həm də hərbi məqsədlər üçün uyğun olacaq. SUPARCO bu il Kəraçidə yeni tədqiqat mərkəzi inşa etməyi də planlaşdırır.
Qeyd edək ki, hazırda Pakistan müxtəlif ehtiyacları üçün tələb olunan məlumatları Çin peykləri vasitəsilə əldə edir.
Ağalar Ağalarlı
Ordu.az