Rusiya S-400-lərə dair Çinə etibar etmir, Hindistana isə edir

2018/05/received_2532857240273762_1525535141.jpeg
Oxunub: 2856     23:36     05 May 2018    
Ölkələr ABŞ tərəfindən qəbul edilən sanksiyaları görməzdən gəlməli və qısa zamanda Rusiyadan unikal S-400 zenit raket komplekslərini almalıdır.

Ordu.az xəbər verir ki, belə bir məlumat Hindistanın “Millenium Post” nəşri məlumat yayıb.

“Hindistan Hərbi Hava Qüvvələri Çinlə paritetə nail olmaq üçün Rusiyadan S-400 “Triumf” ZRK-larını almağa ehtiyac duyur. Pekin bu ZRK-ları artıq əldə edib. Həmçinin Hindistanın bu kompleksləri almağı Pakistan qarşısında böyük üstünlük qazanmasına səbəb ola bilər. “Triumf”lar Pakistanın kiçik mənzilli “Nasr” nüvə raketlərinin neytrallaşdırıcısı rolunda çıxış edə bilər”, - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, S-400-lər Hindistan hava hücumundan müdafiə qüvvələri üçün inqilabi ola bilər, hətta ABŞ və onun NATO üzrə müttəfiqləri də bu ZRK-dan ehtiyat edirlər.

“Çinə gəlincə isə, bir sıra məlumatlara görə, Pekinin əldə etdiyi “Triumf” Rusiyanın Hindistana verəcəklərindən daha az imkanlara və daha kiçik fəaliyyət radiusuna malikdir. Rusiya və Çin arasında olan dostluğa baxmayaraq Moskva Pekinə tam şəkildə etibar etmir, çünki Çinin silahlarla həyata keçirdiyi proses ruslara yaxşı məlumdur”, - deyə məlumatda açıqlanıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Çin   Hindistan   S-400  


Bizi "telegram"da izləyin