Ordu.az ABŞ Müdafiə Nazirliyinin rəsmi internet saytına istinadən xəbər verir ki, bu fikirləri Pentaqonda tədqiqat və mühəndislik üzrə nazir köməkçisinin səlahiyyətlərini icra edən Meri Miller səsləndirib.
Pentaqonun insan kapitalı simpoziumunda çıxış edən Miller bildirib ki, ABŞ-ın partnyorları ilə yanaşı rəqibləri də artıq ən son texnoloji yenilikləri əldə edə bilirlər.
“ABŞ İraq və Əfqanıstanda iyirmi ilə yaxın bir müddətdə qiyamçılara qarşı mübarizəyə fokuslanarkən, bizim rəqiblərimiz Rusiya və Çin tenxologiyaya yatırımlar etdilər”, - deyə o bildirib.
Ağalar Ağalarlı
Ordu.az