Tramp Suriyanın bərpasının maliyyələşdirilməsini dondurur: Pentaqon İŞİD 2.0-dan narahatdır

2018/05/3454_1525509087.jpg
Oxunub: 2742     19:29     05 May 2018    
ABŞ hökuməti Suriyada vətəndaş cəmiyyəti layihələrinə ayrılan vəsaiti dondurub. Buna “Ağ Dəbilqəli”lər kimi tanınan və müharibə zonasında axtarış-xilasetmə fəaliyyəti göstərən könüllü qrupa ayrılan maliyyə də daxildir.

Ordu.az “BuzzFeed News”a istinadən xəbər verir ki, digər bir neçə qrupun da maliyyələşməsi cari müqavilələrin bitdiyi bu ayın sonunda dayandırılacaq.

Hələbdə Stabilliyin Bərpası Komitəsinin rəhbəri bu qərarın bölgədə planlaşdırılmış onlarla layihənin dayandırılmasına səbəb olduğunu bildirib.

“İŞİD-ə qarşı müharibə sadəcə hərbi mübarizədən asılı deyil. İŞİD dör il ərzində işğal etdikləri ərazilərin sakinlərinə ciddi təsir ediblər. Dəstəyin dayandırılması İŞİD-in yerli əhali arasında daha çox məşhurluq qazanmasına gətirib çıxaracaq”, - deyə komitənin rəhbəri Munzer əl-Salal bildirib.

ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İŞİD-i əlinə keçirdiyi bölgələrdən çıxarmasından sonra Pentaqon Əfqanıstan və İraqdakı ssenarinin təkrarlanmaması, Mettisin ibarəsi ilə İŞİD-2.0-nin ortaya çıxamaması üçün yenidənqurma tədbirləri görür.

Belə ki, terrorçular onlara qarşı mübarizə aparan tərəflər arasındakı anlaşmazlıqlardan istifadə edərək artıq bəzi nəticələr də əldə ediblər. ABŞ-ın hərbi rəsmiləri İŞİD-in Suriyada bəzi əraziləri yenidən ələ keçirdiyini və ondan azad edilən ərazilərin 98%-dən 90%-ə düşdüyünü qəbul edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   İŞİD   Suriya  


Bizi "telegram"da izləyin