Ukrayna gəmilərin nömrələnməsində NATO sisteminə keçib

2018/05/32424_1525504991.jpg
Oxunub: 3425     15:22     05 May 2018    
Ukrayan Hərbi Dəniz Qüvvələri gəmilərinin göyərtə nömələrinin qeyd edilməsində NATO sisteminə keçib.

Ordu.az “Ukrainform” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri komandanlığından olan mənbələr məlumat yayıb.

Məlumata görə, 1992-ci ildən Ukrayna Hərbi Dəniz Qüvvələrinin gəmiləri 1992-ci ildən etibarən ümumi şəkildə “U” prefiksi ilə yazılırdı. Bundan sonra NATO-da qəbul edilən Britaniya formatından istifadə ediləcək.

Yeni qaydalara görə, köməkçi gəmilər “A”, freqat və korvetlər “F”, patrul gəmiləri və katerlər “P”, mina və daşıyıcısı gəmilər “M”, desant gəmiləri “L” prefiksi ilə qeyd ediləcək.

Artıq Ukrayna Hərbi Dəniz Qüvvələrinin bir sıra gəmilərində bu adlandırma formasından istifadə olunub. İlk dəfə 29 aprel 2018-ci ildə Qara dəniz donanmasının yaradılmasının 100 illiyi münasibətilə keçirilən tədbirdə gəmilərində Ukraynanın bu adlandırma formasından istifadə etdiyi diqqətdən qaçmayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   HDQ   NATO  


Bizi "telegram"da izləyin