Ukrayna ordusundan suisidlərlə bağlı növbəti statistika – 33 intihar

2018/05/1904_1525499774.jpg
Oxunub: 1614     13:55     05 May 2018    
“Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçuları arasında intiharların Donbas bölgəsində xüsusi artımı hiss olunur”.

Ordu.az “Ukrainform” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş hərbi prokuroru Anatoli Matios bəyan edib.

“2018-ci ildə artıq 33 ukraynalı hərbi qulluqçu intihar edib. İntiharların böyük hissəsi Donbasda döyüş fəaliyyəti gedən zonalarda qeydə alınıb”, - deyə Matios bildirib.

Prokuror qeyd edib ki, intiharların artmasının səbəbi ailə problemləri və psixoloji yorğunluqdur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Donbas   İntihar  


Bizi "telegram"da izləyin