Tramp: “Zəiflik göstərilməsi nüvə müharibəsinə səbəb ola bilər”

2018/05/23-Tramp_1525499159.jpg
Oxunub: 1548     13:45     05 May 2018    
“Zəiflik nümayiş etdirilməsi nüvə müharibəsinin başlamasına səbəb ola bilər”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.

O, bu barədə Milli Atıcılıq Assosiasiyasının 147-ci konfransında çıxış edərkən bildirib.

“Hazırda Şimali Koreyaya aid möhtəşəm hadisələr baş verir. Hər kəsin dediyi kimi: “Nüvə müharibəsi olacaq, bizim nüvə müharibəmiz olacaq”. Yox, bilirsiniz nüvə müharibəsinə nə səbəb olur? Nüvə müharibəsinə zəiflik və zəiflik nümayişi səbəb olur”, - deyə Tramp açıqlayıb.

ABŞ prezidenti qeyd edib ki, hazırda Vaşinqton Koreya yarımadasında böyük uğurlara malik olub və bu istiqamətdə irəliləməyə davam edəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Donald-Tramp   Nüvə-müharibəsi  


Bizi "telegram"da izləyin