Hindistanda qaldırıcı kran HDQ freqatının üzərinə düşüb - FOTO

2018/05/1903_1525498808.jpg
Oxunub: 2647     13:38     05 May 2018    
Hindistanın “Garden Reach Shipbuilders & Engineers” gəmiqayırma şirkətinin tərsanəsində qəza baş verib.

Ordu.az Defenceaviationpost.com saytına istinadən xəbər verir ki, bu barədə Hindistan müdafiə sənayesi kompleksindən olan mənbələr məlumat yayıb.

Məlumata görə, qəza 250 ton “Goliath” qaldırıcı kraının Hindistan Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulan 17A layihəsinin baş freqatının üzərinə düşüb.

47 metrlik hündürlüyə və 116 metrlik uzunluğa malik kran şirkətin hər iki gəmi tikintisi ərazisini bloklayıb, həmçinin 17A layihəsinin gəmiləri üçün bövdə bloklarının hazırlandığı sexi zədələyib. Gəminin özü isə əsaslı şəkildə zədələnib.

Hadisə saatda 100 kilometr/saat surətə malik küləyin əsməsi nəticəsində baş verib. Bununla belə, hadisə nəticəsində həlak olan və ya yaralanan olmayıb.


Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Qəza  


Bizi "telegram"da izləyin