Tramp Cənubi Koreya prezidentini qəbul edəcək

2018/05/1899_1525496984.jpg
Oxunub: 2715     13:07     05 May 2018    
ABŞ prezidenti Donald Tramp mayın 22-də Ağ Evdə Cənubi Koreya prezidenti Mun Çje İni qəbul edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətu məlumat yayıb.

Məlumata görə, görüş Amerika-Cənubi Koreya alyasının davamlılığı və möhkəmliyini qeyd etmək məqsədilə keçirilir.

“Liderlər həmçinin prezident Trampın Şimali Koreya lideri Kim Çen Inla görüşünü müzakirə edəcəklər. Koreya yarımadasının nüvəsizləşdirilməsi əsas müzakirə mövzularından biri olacaq”, - deyə məlumatda qeyd edilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Cənubi-Koreya   Mun-Çje-İn   Donald-Tramp  


Bizi "telegram"da izləyin