Pentaqon: “Taliban” Əfqanıstanda ərazi itirir

2018/05/44987212_1522475948_1523610857_1524307116_1524641729_1524721596_1525160253_1525459597.jpg
Oxunub: 3948     02:42     05 May 2018    
Birləşmiş Ştatların “Taliban”ın resurs və maliyyə mənbələrini hədəf almasından dolayı qiyamçılar Əfqanıstanda ərazi itirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Dana Uayt bildirib.

“Beləliklə onlar əraziləri itirirlər. Və zənnimcə siz də görürsüz ki, onların hücumu nümayişkaranə hal alıb, mülki şəxsləri hədəf alırlar, çünki əlacsızdırlar”, - deyə Uayt qeyd edib.

“Onlarla sübut, dəlil var ki, bu ölkədəki vəziyyət doğru istiqamətdə irəliləyir. Əfqanıstan hökumətinin əlində olan bölgələrin sayı durmadan artır. Lakin unutmayaq ki, “Taliban”, İŞİD və bu kimi qrupların motivi insanları qorxutmaqdır. İstənilən halda biz işimizə davam edəcəyik, Əfqanıstan hökumətinin yanındayıq”, - deyə o əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Taliban   Əfqanıstan  


Bizi "telegram"da izləyin