Çin qlobal supergüc olaraq ABŞ-a yaxınlaşır

2018/05/received_2532243363668483_1525458401.jpeg
Oxunub: 2699     02:27     05 May 2018    
“Çin dünyanın supergücü olma yolunda Birləşmiş Ştatları əvəzləməyə çox yaxındır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri sabiq Pentaqon rəsmisi Maykl Pillsburi bildirib.

Reyqan administrasiyası dövründə Pentaqonun siyasi planlaşdırıcısı kimi fəaliyyət göstərmiş Pillsburi bildirib ki, Donald Tramp da bunu yaxşı anlayır və onlara qarşı tədbirlər görməyə çalışır.

“Onlar bizə çox yaxınlaşır. Heç kəs bunun bu qədər sürətlə baş verə biləcəyini gözləmirdi, hətta çinlilər də”, - deyə o qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Pentaqon   ABŞ  


Bizi "telegram"da izləyin