ABŞ Hərbi Dəniz Qüvvələrinin "Harry Truman" aviadaşıyıcısının başçılıq etdiyi zərbə qrupu Suriyada İŞİD-ə qarşı hava əməliyyatına başlayıb.
Ordu.az "Telegraph" nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığı məlumat yayıb.
"ABŞ Hərbi Dəniz Qüvvələrinin "Harry Truman" atom aviadaşıyıcısının başçılıq etdiyi zərbə qrupu "Inhrent Resolve" əməliyyatına dəstək vermək məqsədi ilə İŞİD-ə qarşı hava əməliyyatlarına başlayıb",- deyə məlumatda bildirilir.
Ağalar Qəribov
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
ABŞ
Harry-Truman
İŞİD