Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, ABŞ donanması qarşıdakı 24 ay ərzində gəmilərində bu lazer silahından istifadə etməyi planlaşdırır.
ABŞ-ın 2014-cü ildə “USS Ponce” gəmisinin göyərtəsində istifadəyə verdiyi lazer silah sisteminin gücü 30 kilovat olduğu halda, HELIOS-un təqribən 150 kilovat lazer gücünə malik olması planlaşdırılır.
Ekspertlər bildirir ki, HELIOS həm də yüngül çəkili, cəld-reaksiya “atdım-unutdum” raket sistemi olan RIM-116-nı da əvəzləyə bilər.
Ağalar Ağalarlı
Ordu.az