“İvan Qren”in sınaqları tamamlanıb

2018/05/1895_1525442190.jpeg
Oxunub: 2590     23:01     04 May 2018    
Rusiyada 11711 “İvan Qren” layihəsinin böyük desant gəmisinin sınaqları tamamlanıb.

Ordu.az Armstrade.org saytına istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə sənayesi kompleksindən olan mənbələr məlumat yayıb.

Məlumata görə, dövlət sınaqlarının əsas hissəsi artıq may ayının 3-də bitib. Dəniz sınaqları çərçivəsində gəminin qurğu və komplekslərinin işinin yoxlanılmasına xüsusi diqqət göstərilib.

Sınaqlar Baltik dənizində gəminin istehsalçısı olan “Yantar” zavodunun təhvil komandası, gəminin ekipajı və Rusiya Müdafiə Nazirliyindən olan nümayəndələrin iştirakı ilə keçirilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İvan-Qren  


Bizi "telegram"da izləyin