Cənubi Koreya və Çin liderləri telefon danışığı həyata keçiriblər

2018/05/4535_1525442116.jpg
Oxunub: 2138     21:51     04 May 2018    
Cənubi Koreya prezidenti Mun Çje İn və Çin lideri Si Tsinpin arasında bu gün telefon danışığı baş tutub.

Ordu.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezident administrasiyası məlumat yayıb.

“Danışıqlar çərçivəsində prezident Mun qeyd edib ki, katib Sinin arasıkəsilməz maraq və dəstəyi, həmçinin Çin hökuməti tərəfindən Koreya yarımadasının tam nüvəsizləşdirilməsi və daimi sülhün quraşdırılması üçün aktiv səylər göstərilir”, - deyə məlumatda qeyd olunur.

Liderlərin həmçinin 1950-1953-cü illərin Koreya müharibəsi dövründən bəri bu problemin həlli üçün birgə səyləri müzakirə etdikləri də bildirilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Çin  


Bizi "telegram"da izləyin