Ordu.az Life.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə sənayesi kompleksindən olan mənbələr məlumat yayıb.
Məlumata görə, Rusiya Hərbi Dəniz Qüvvələrinin 22160 layihəsinin korvetləri sualtı gəmilərin axtarş, gəmilərə və sahil xəttinə baxış funksiyalarını da yerinə yetirməyə qadir döyüş PUA-ları ilə təchiz ediləcək.
Kəşfiyyat və müşahidə ilə yanaşı PUA-lar həmçinin gəmilərin silah koplekslərini nəzarət altına ala biləcək, daha prespektivli PUA-larda isə zərbə endirilməsi elementləri də olacaq.
Ağalar Qəribov
Ordu.az