Pentaqon: “Uber” və “Tesla”nı qabaqlayacağıq

2018/05/1894_1525441838.jpg
Oxunub: 3988     23:34     04 May 2018    
“Biz şəhərlərin küçələrində pilotsuz avtomobillər peyda olmazdan öncə ordu üçün pilotsuz nəqliyyat vasitələri təminatını həll etmək istəyirik”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin araşdırmalar və mühəndislik üzrə müavini Maykl Qriffin bəyan edib.

“Ordunun təchizatı bizim üçün prioritetdir və təkmil şəkildə təchizatın təmin edilməsi üçün böyük səylər göstərmək labüddür”, - deyə Qriffin bildirib.

O qeyd edib ki, əgər lazım gələrsə, Pentaqon pilotsuz nəqliyyat vasitələri sahəsində üstünlük baxımından “Uber” və “Tesla”nı qabaqlamağa və bu yarışdan qalib ayrılmağa hazırdır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Uber   Tesla  


Bizi "telegram"da izləyin