Ağ Ev Cənubi Koreyada hərbi kotingentin azaldılması barədə məlumatı təkzib edib

2018/05/234234_1525440307.jpg
Oxunub: 1755     21:23     04 May 2018    
“ABŞ prezidenti Donald Tramp Pentaqondan Cənubi Koreya ərazisindən Amerika qoşunlarının bir hissəsinin çıxarılmasının mümkünlüyünü nəzərdən keçirməyib”.

Ordu.az xarici KİV-lərə istiandən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton bəyan edib.

““The New York Times”nəşrinin məlumatı bütövlükdə cəfəngiyatdır. Prezident Pentaqondan ABŞ-ın Cənubi Koreyada hərbi kontingentinin bir hissəsinin məhdudlaşdırılmasının mümkünlüyünü nəzərdən keçirməyi istəməyib”, - deyə Bolton bildirib.

Qeyd edək ki, bu gün Cənubi Koreya prezidenti Mun Çje İnin adminstrasiyası da Amerika qoşunlarının KXDR-lə müqavilə imzalanması halında ölkəni tərk etməsinin mümkünlüyü barədə məlumatı təkzib edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağ-Ev   Cənubi-Koreya   Hərbi-kotingent  


Bizi "telegram"da izləyin