Hədəfdə Tehran, vurulan isə Moskva və Pekindir – Hadisələrin PƏRDƏARXASI

2018/05/91040534535_1525439855.jpg
Oxunub: 3912     21:17     04 May 2018    
119 ölkədən nümayəndə heyətlərinin iştirak etdiyi 9-cu Soçi təhlükəsizlik üzrə beynəlxalq konfransı çərçivəsində baş verən bir hadisə tamaşaçılar tərəfindən faktiki olaraq diqqətsiz qaldı.

Aprelin 27-də Rusiyanın "yay paytaxtı" Soçidə Çin Kommunist Partiyasının Siyasi və Hüquqi İşlər üzrə Mərkəzi Komissiyasının katibi Qo Şenqkun və İranın Ali Milli Təhlükəsizlik Şurasının (AMTŞ) katibi admiral Şəmhani ilə çox əhəmiyyətli görüş baş tutdu. Görüşdə beynəlxalq təhlükəsizliyin prioritet problemləri, dünya təhlükəsizliyi təhdidləri və çağırışları müzakirə edildi.

Əhəmiyyətli fikir mübadiləsi aparan Əli Şamxani və Qo Şenqkun Birləşmiş Ştatların dünya sabitliyinə və öz ölkələrinə qarşı ən mühüm təhdid olduğunu söylədi. ABŞ bir tərəfdən, öz maraqlarını təşviq etmək üçün beynəlxalq terrorizmdən istifadə edir (Çin nümayəndəsi diplomatik tərzdə "ABŞ gizli olaraq təhlükəsizliyi pozan elementləri dəstəkləyir" kimi bir ifadə ifadə işlətdi), digər tərəfdən sanksiyalar vasitəsilə iqtisadi müharibə aparır.

Son baş verən hadisələr, sansiyalar hər üç ölkənin iqtisadiyyatına ciddi zərbə vurduğuna görə, İran, Çin və Rusiya Vaşinqtonun hərəkətlərinə adekvat cavab vermək üçün birgə strategiya qəbul etməli olduqlarını razılaşdırdılar.

"ABŞ-ın Milli təhlükəsizlik təhdidlərin siyahısında olmaq və eyni zamanda ABŞ-ın sanksiyalarından əziyyət çəkmək İran, Rusiya və Çini birləşdirərək onların ABŞ-a qarşı birgə strategiya hazırlanmalarını labüd etdi", - deyə Şəmhani bildirib.

Deməli iki səlahiyyətli nümayəndə ümumi düşmənin hərəkətlərinin qarşısının alınması üçün tam hüquqlu birliyin yaradılması imkanını müzakirə edib. Bütün istiqamətlər: iqtisadi, hərbi və terrorizmlə mübarizə görüşlərdə müzakirə edilib.

Baş verən hadisələrin məntiqi, ABŞ-ın Moskvaya, Pekinə və Tehrana hibrid müharibə elan etməsi, onları bir ittifaqda birləşməyə məcbur etdi. Bu götrüşdə Rusiya nümayəndəsi iştirak etməyib, lakin bu heç bir şey ifadə etməz. Bu mövzu həm Rusiya-Çin, həm də Rusiya-İran görüşlərində dəfələrlə yüksək səviyyədə qaldırılıb.
Başqa sözlə, Rusiya-Çin-İran ittifaqının formalaşması üzrə işlər olduqca intensiv şəkildə davam edir. Və Soçidə keçirilən görüş, onun mühüm mərhələlərindən biridir.

Amerika Birləşmiş Ştatlarının bu münasibətinin əsasında nə durduğunu başa düşmək çətin deyil. Əslində, ötən əsrin 70-ci illərinin əvvəlindən ABŞ və SSRİ kimi iki supergüc arasında sonradan isə bu mövqeyə iddia edəcək Çin uğrunda geosiyasi mübarizə kəşkinləşməyə başladı. Mübarizənin mahiyyəti sadə idi - hansı iki ölkənin üçüncüyə qarşı birləşəcəyini müəyyən etmək vacib idi. Sovet İttifaqı bu mübarizəni uduzdu.

Artıq Çin özü süper gücdür və "planetin atelyesi"nə çevrilməklə yanaşı Vaşinqtona qarşı addımlardan da çəkinmir. "Ağ Ev"in əvvəlki rəhbərliyi vəziyyəti öz xeyrinə dəyişmək üçün çalışırdısa, Tramp vəziyyətlə tam tanış olmadan dərhal "atəşə yağ" tökdü. Nəticədə hər ikisini ABŞ sanksiyaları birləşdirən "duet" əmələ gəldi. ABŞ-ın yanlış addımları əks tərəfdə duran "duetə" digər ölkələrin qoşulmasına və qoşulmaq üçün dartınmasına səbəb oldu.

Beləliklə, yaxşı potensiala və ciddi hərbi qüvvəyə malik kifayət qədər güclü bir ölkə olan İran sayəsində "duet" genişlənərək "trio"ya çevrdi. Əslində, ortaya çıxan yeni ittifaqı Vaşinqton doğru olaraq "Amerika əleyhinə" alyans kimi qiymətləndirir, İrana qarşı bugünkü şiddətli hücumların əsas səbəblərindən biri də bu qiymətləndirmədə öz əksini tapır.

ABŞ və onun müttəfiqləri İranı bu ittifaqda ən "zəif bənd" kimi müəyyən etdilər, İranın oradan çıxarılması yeni yaranan Birliyinin bütünlüklə strukturunun dağılmasına səbəb olmasa da ən azından onu əhəmiyyətli dərəcədə zəiflədəcək.

Niyə İran seçilir? Birincisi, heç bir nüvə qalxanına sahib olmayan İran həqiqətən hərbi güc baxımından Rusiya və Çindən daha zəifdir, ikincisi ABŞ və Qərb KİV illərdir ki, Tehrana qarşı informasiya müharibəsi aparır. Hazırda İran dünya ictimaiyyətinin gözündə şər qüvvə kimi formalaşdırılıb. ABŞ əleyhinə İranda aparılan təbliğat, Suriyadakı fəaliyyətlər və Vaşinqtonun rəqiblərinin daim dəstəklənməsi Tehranın seçilməsinə təsir göstərən faktorlar arasındadır. Əlavə olunmalıdır ki, informasiya resursları ilə bərabər "neft monarxları"da eyni istiqamətdə fəallıq göstərirlər. Məsələn, İsrailin baş naziri nüvə silahının hazırlanması üzrə müqavilənin şərtlərinin İran tərəfindən pozulmasına dair səsləndirdiyi fikirlər MAQATE tərəfindən hələ də təsdiq və ya təkzib edilməyib. Artıq bu mövzu qərb ictimaiyyətinin əksəriyyəti tərəfindən araşdırma mövzusu kimi qəbul edilib. İİR əleyhinə aparılan bu kampaniyanın yalnız artacağı gözlənilir. Bu vəziyyətdə Moskva və Pekinə anlaya biləcəkləri bir şəkildə İranla məsafə saxlamaqları məsləhət görülür, əks halda İranın qarşılaşdığı tədbirlərin onlara da tətbiq edilə biləcəyinə işarə edilir.

Əslində ABŞ üçün əsas rəqib nə Rusiya, nə də İran deyil. Əsas hədəf Çinin hərbi, iqtisadi və siyasi cəhətdən cilovlanmasıdır. Çinin cilovlanması isə birbaşa həyata keçiriləcək tədbir deyil, ilk növbədə Pekinin orbitinə yaxın hərəkət edən yardımçı "peyklər" zərərsizləşdirilməlidir. Bunlar arasında əsas namizəd Rusiya, ikinci dərəcəli ölkə isə İrandır. Rusiyanın nüvə qalxanına sahib olduğunu nəzərə alsaq, seçim yenə də İran üzərində dayanır. Bu variant İsrailin illərdir təklif etdiyi planlara da uyğun gəlir. Türkiyənin öz ərazisindən İrana qarşı istifadəyə icazə verməyəcəyini açıq şəkildə bəyan etməsi, İran ilə sərhədləri olmayan ABŞ-ın Suriyada YPG-dən ibarət müttəfiq əldə etməsinə səbəb oldu. Bu yolla ABŞ həm Türkiyəyə, həm də İrana ciddi mesaj verdi.

İsrail HHQ hədəfində də İranın Suriyadakı hərbi və könüllülərinin yerləşdiyi obyektlərin olması artıq adət halı alıb. Bəzi ekspertlər bu zərbələrin əhəmiyyətsiz olduğunu vurğulayırlar, yəni İsrail, bu zərbələrlə İranı Suriyadakı fəaliyyətlərindən çəkindirə bilməyəcəyini, Tehranın Suriya ərazisindən keçərək Aralıq dənizində hərbi dəniz bazası yaratmaq planlarının qarşısını ala bilməyəcəyini iddia edirlər. İranın Suriyadakı fəaliyyətini məhdudlaşdırmaq üçün tək İsrailin zərbələri doğrudan da hələlik ciddi bir effekt vermir. Lakin maraqlı olan başqa bir tərəf var. İsrail HHQ-nin zaman-zaman gah Livan ərazisindən istifadə etməklə, gah da Colan təpələri istiqamətindən daxil olaraq Suriya ərazisini və İran birliklərini hava hücümlarına məruz qoyması, heç vaxt yerli və ya müttəfiq HHM vasitələri tərəfindən layiqli qarşılanmır. Əslində nə Tehran, nə Dəməşq, nə Moskva Təl-Əvivə nə birlikdə, nə də təklikdə cavab vermək istəmədikləri nümayiş etdirirlər. Əslində İsrail tərəfi də müharibə istəmədiyini hər dəfə vurğulayır. Lakin Suriyadan da çıxmağa da heç kim tələsmir.

İsrail tərəfi Suriyada Rusiya qüvvələrinə heç bir halda zərbə endirməyəcəklərini bildirir. Lakin İrana, Hizbullaha və ya Suriyaya zərbə endirməyin nə demək olduğunu həm Moskva, həm də Tehran yaxşı anlayır. Suriyada İsrailin əsas hədəfinin ABŞ-ın hədəfləri ilə tam, Avropa İttifaqının hədəfləri ilə qismən üst-üstə düşməsini nəzərdən qaçırmaq olmaz. İndiki vəziyyətdə "Saxal Ordusu"nun Suriyadakı İran bazalarına zərbələri əsasən xəbərdarlıq məqsədli, simvolik xarakter daşıyır. Rusiya Yaxın Şərq münaqişəsində, xüsusilə İsraillə birbaşa qarşıdurma şəklində iştirakının genişlənməsində heç bir səviyyədə maraqlı deyil. Birincisi bura bir bataqlıqdır, problemlər əsrlərlə həllini axtarır, ikinçisi xərclənən maliyyə vəsaitinin geri dönməsi sual altındadır, üçüncüsü isə regional güclərin, müttəfiqlərin, yerli hakimiyyətin və Qərb koalisiyasının maraqlarını nəzərə almaqla konsensuasa nail olmaq o qədər də asan deyil. Lakin, Moskvanın müttəfiqlərinə qarşı səbəbsiz hava hücumları törədiləndə Rusiyanın HHM sistemlərinin hərəkətsiz qalması İran tərəfindən haqlı narazılığa səbəb olur və doğrudan da İran ilə ittifaqın möhkəmlənməsinə xidmət etmir.

Belə bir vəziyyətdə İranın xilas olması üçün əlavə dövlətlərin də bu ittafaqa cəlb edilməsi gündəmdə olan məsələlər siyahısında yer ala bilər. İraq və Misir bu məsələyə çox da isti yanaşmaya bilər. Lakin Pakistanın öncədən də Çin ilə yüksək səviyyəli əməkdaşlığı, Rusiya-Hindistan və ABŞ-Pakistan əlaqələrinin soyuması fonunda bu ittifaqda yer alması məsələsinə də müsbət yanaşıla bilər. ABŞ-ın isə real sinxron hərəkət edəcək Rusiya-Çin-İran-Pakistan kvartetindən ibarət hərbi alyansa qarşı təkbaşına, eyni zamanda təzyiq göstərmək imkanı nisbətən məhdudlaşacaq.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran-İsrail   ABŞ   Rusiya   Suriya-böhranı  


Bizi "telegram"da izləyin