Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Moskva İcra Hakimiyyətindən olan mənbələr məlumat yayıb.
Məlumata görə, bu uçuşlar mayın 9-da Moskvanın Qırmızı Meydanında keçiriləcək Hərbi parada məşq məqsədilə həyata keçirilib.
O cümlədən ilk dəfə hərbi paradlarda MiQ-29SMT qırıcısı təqdim olunacaq. Məşqlərdə umumilikdə 75 ədəd təyyarə və helikopter, o cümlədən Tu-160 və Tu-95MS raket daşıyıcıları, Tu-22M3 uzaqmənzilli bombardmançıları, İl-78 yanacaqdolduran təyyarələri, İl-76MD hərbi nəqliyyat təyyarələri, Su-35S və Su-30SM qırıcıları, Su-34 və Su-24M bombardmançıları, Su-25 hücumçuları, Mi-26, Mi-8, Mi-28N, Ka-52 və Mi-35 helikopterləri iştirak edib.
https://tvzvezda.ru/news/opk/content/201805041443-sh37.htm
Ağalar Qəribov
Ordu.az