Keçmiş MKİ rəhbəri: “Rusiya təkqütblü idarəetmənin dayaqlarını sarsıtdı”

2018/05/1876_1525438356.jpg
Oxunub: 2017     20:49     04 May 2018    
“Keçirilən əməliyyatın uğuru Moskvanı daha geniş addımlar atmağa həvəsləndirdi”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Barak Obama hakimiyyəti dövründə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Maykl Heyden bildirib.

“Rusiya ABŞ hərbi təlimləri barədə dezinformasiya yaymaqla bilavasitə rəqibin əhalinin ağlına hücum həyata keçirmək və bu cəbhədə qələbə qazanmaq niyyətində idi”, - deyə Heydin bildirib.

O qeyd edib ki, Rusiya öz məqsədinə nail olduğuna görə bütün dünya üzrə ABŞ-a qarşı daha cəsarətli addımlar ataraq təkqütblü dünyanın dayaqların silkələdi.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin