Türkiyə jandarmı ilk zərbə helikopterləri ilə təchiz edilib

2018/05/1879_1525438017.jpg
Oxunub: 1568     20:36     04 May 2018    
Türkiyə jandarmının Baş komandanlığı ilk üç ədəd T-129 zərbə helikopterləri ilə təchiz olunub.

Ordu.az “Jane's Defence Weekly” nəşrinə istinadən xəbər verir ki, bu barədə Türkiyə jandarmından olan mənbələr məlumat yayıb.

Məlumata görə, bu partiya ümumilikdə təchizatı nəzərdə tutulan 18 ədəd T-129 zərbə helikopterinin bir hissəsidir.

Helikopterlərin təchizatı jandarmın aviasiya dəstəyinin, həmçinin hərbi kəşfiyyata yardımının artırılması strategiyası çərçivəsində həyata keçirilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   T-129  


Bizi "telegram"da izləyin