Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Bu gün Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu videokonfrans üzrə Liviya milli ordusunun komandanı, marşal Xəlifə Həftarla danışıqlar keçirib. Danışıqlar çərçivəsində Yaxın Şərq və Şimali Afrikada təhlükəsizlik məsələləri müzakirə edilib”, - deyə məlumatda bildirilib.
Həmçinin qeyd edilib ki, Liviyada mövcud olan böhran və beynəlxalq terrorizmlə mübarizə mövzuları üzərində də fikir mübadiləsi aparılıb.
Ağalar Qəribov
Ordu.az