The Guardian: Britaniya Rusiyaya qarşı koalisiya yaratmaq istəyir

2018/05/345345_1525435307.jpg
Oxunub: 2557     20:00     04 May 2018    
Böyük Britaniya beynəlxalq dəstək vasitəsilə Rusiyaya qarşı koalisiya yaratmaq istəyir.

Ordu.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətindən olan mənbələr məlumat yayıb.

Məlumata görə, Böyük Britaniya Moskvaya qarşı ənənəvi yanaşmanı dəyişərək aktiv şəkildə Rusiyanın məsuliyyətə cəlb edilməsi yönündə fəaliyyət həyata keçirməyi planlaşdırır.

Qeyd edək ki, Böyük Britaniyanın koalisiyaya cəlb etmək istədiyi qüvvələr “Böyük yeddilik”, “Böyük iyirmilik”, NATO və Avropa İttifaqı ölkələridir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya-Rusiya   Koalisiya  


Bizi "telegram"da izləyin