Pakistan prezidenti Türkiyə SQ Baş Qərargah rəhbərini qəbul edib

2018/05/768768_1525434400.jpg
Oxunub: 1650     19:44     04 May 2018    
Pakistan prezidenti Məmnun Hüseyn Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəhbəri Hulusi Akarı qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, görüş Hulusi Akarın Pakistan paytaxtı İslamabada səfəri çərçivəsində baş tutub.

Görüş Pakistan dövlət rəhbərinin rezidensiyasında bağlı qapılar arxasında keçirilib. Danışıqlarda həmçinin Türkiyənin Pakistandakı səfiri İhsan Mustafa Yurdakul da iştirak edib.

Pakistan prezident administrasiyasından verilən məlumata görə, görüşdə Türkiyə və Pakistan arasında münasibətlər müzakirə olunub, həmçinin regionda təhlükəsizlik, stabillik və inkişafın təminatının əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, səfər çərçivəsində Hulusi Akar Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin komandanlığı ilə də görüşəcək.


Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan-Türkiyə   Baş-Qərargah  


Bizi "telegram"da izləyin