Rusiya-Misir müdafiə və xarici işlər nazirlərinin görüşü baş tutacaq

2018/05/324234_1525433034.jpg
Oxunub: 2079     19:21     04 May 2018    
“Mayın 14-də Moskvada Rusiya və Misir müdafiə və xarici işlər nazirləri danışıqlar keçirəcəklər”.

Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

“Mayın 14-də Moskvada Rusiya və Misir müdafiə və xarici işlər nazirləri arasında danışıqlar mərhələsinin keçirilməsi planlaşdırılıb. Ayrı-ayırılıqda ixtisaslı görüşlərin, həmçinin “iki üstəgəl bir” formatında görüşlərin keçirilməsi nəzərdə tutulub”, - deyə Zaxarova bildirib.

O qeyd edib ki, danışıqlar çərçivəsində əsas diqqət Yaxın Şərq və Şimali Afrikadakı vəziyyətə yönəldiləcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Misir   Danışıqlar  


Bizi "telegram"da izləyin