Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.
“Biz artıq rəsmi kanallar vasitəsilə yanlış iddiaları təkzib etmişik. Çin tərəfi beynəlxalq hüquq və yerli ölkələrin qanunlarına riayət edir, həmçinin regional təhlükəsizlik və stabilliyin müdafiəsinə sadiqdir”, - deyə Çin Müdafiə Nazirliyinin bəyanatında bildirilir.
Qeyd edilir ki, ABŞ-ın iddiaları heç bir ciddi fakt və sübutlara əsaslanmır və bu, qərəzli yanaşmadır.
Ağalar Qəribov
Ordu.az