Rusiya CHD bölmələri 1500-ə yaxın silah nümunəsi alacaq

2018/05/1860_1525429928.jpg
Oxunub: 3471     18:33     04 May 2018    
“Rusiya Cənub Hərb Dairəsinin bölmələri 2018-ci il çərçivəsində 1500-ə yaxın silah və texnika ilə təchiz ediləcək”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənub Hərb Dairəsinin komandanı Aleksandr Dvornikov bəyan edib.

“Dairənin qoşunlarına 1500-ə yaxın silah və hərbi texnika nümunəsi, o cümlədən 40 ədəd təyyarə və helikopter, 10 ədəd döyüş gəmisi, 300-ə yaxın tank, döyüş maşını və zirehli transportyor, 250-yə yaxın artilleriya qurğusu, həmçinin onlarla PUA, radioelektron mübarizə, rabitə, mühəndis qoşunları və digər sistemlər verilib”, - deyə Dvornikov bildirib.

O qeyd edib ki, təchizat prosesindən sonra Cənub Hərb Dairəsində yeni silahların nisbəti 70 faiz təşkil edəcək, hazırda isə bu göstərici 63 faizdir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Cənub-Hərb-Dairəsi   Aleksandr-Dvornikov  


Bizi "telegram"da izləyin