Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu rəqəm ötən il 6,8 milyard dollar olduğu halda bu il təqribən 10,3% artıb.
Şirkətin cari ilin ilk 3 ayında xalis satış həcmi 1 milyard 365 milyon 199 min türk lirəsi olub. Satışların 92%-i ölkədaxili, 8%-i isə ölkəxaricidir.
ASELSAN-ın həmin dövr üzrə xalis mənfəəti isə 351 milyon 342 min lirə olub. Ötən ilin ilk rübündə 1 milyard 74 milyon 69 min lirə satış edən ASELSAN bu il eyni dövr üçün satışlarının həcmini 27,1 % artırmağa nail olub.
Ağalar Ağalarlı
Ordu.az