Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Sakot Okean Donanmasının rəsmi nümayəndəsi, ikinci dərəcəli kapitan Nikolay Voskresenski bəyan edib.
“Sakit Okean Donanmasının dəniz piyadaları birləşmələri müasir döyüş texnikaları ilə silahlanma proqramına uyğun olaraq yeni BTR-82A zirehli transportyorları ilə təchiz edilib”, - deyə Voskresenski bildirib.
Onun sözlərinə görə, yeni BTR-lərin sınaqları “Rodıgin” poliqonunda aprel ayında tamamlanıb, daha öncə isə SOD bölmələri T-80BV tankları ilə təchiz olunub.
Ağalar Qəribov
Ordu.az