“Avropanın müdafiədə özgüvənə ehtiyacı var” – Belçika Baş naziri

2018/05/345345_1525351934.jpg
Oxunub: 2445     23:51     03 May 2018    
Avropa NATO ilə əməkdaşlıq çərçivəsində qalmalı, amma müdafiə və təhlükəsizlik sahəsində özünə güvənməyi bacarmalıdır.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu fikirləri Belçika Baş naziri Çarles Mişel səsləndirib.

“Təhlükəsizliyin təmin edilməsi bizim ümumi məsuliyyətimizdir. Biz özümüz bütün mümkün təhdidlərə cavab verərəcək potensiala sahib olmalıyıq. Həm də bunu ən qısa zamanda bacarmalıyıq”, - deyə Mişel qeyd edib.

Nazir bununla yanaşı ölkəsinin həm də NATO ilə yaxın əməkdaşlıq səviyyəsini qorumaq və davam etdirməyi düşündüyünü də əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   NATO  


Bizi "telegram"da izləyin