Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumat “Twitter” sosial şəbəkəsində İraq ordusuna dair məlumatlar yerləşdirən “KLKAMASH2” adlı istifadəçi tərəfindən ictimailəşdirilib.
İraq ordusundan olan mənbələrin verdikləri məlumatlara görə, “Kornet-E” kompleksləri sayəsində İraq əsgərləri artıq gecə saatlarında keçirilən döyüşlərdə öz imkanlarını dəfələrlə artırmış olurlar.
Qeyd edək ki, “Kornet-E” komplekslərinin köməyi ilə günün istənilən saatında 4500 metr məsafədə yerləşən hədəfləri tanıyır və onun vasitəsilə canlı qüvvə, atəş nöqtələri, həmçinin komandan məntəqələrinin məhv edilməsi mümkündür.
Ağalar Qəribov
Ordu.az