Lavrov iordaniyalı həmkarı ilə Suriyanı müzakirə edəcək

2018/05/1826_1525336348.jpg
Oxunub: 3454     15:28     03 May 2018    
Rusiya xarici işlər naziri Sergey Lavrov İordaniya xarici işlər naziri Ayman əs-Səfadi ilə Soçidə görüşəcək.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Soçidə keçirilməsi planlaşdırılan danışıqlar çərçivəsində nazirlər bir sıra beynəlxalq və regional əhəmiyyətli məsələləri müzakirə edəcəklər. Görüşdə mərkəzi yeri Suriyadakı vəziyyət tutacaq, həmçinin deeskalyasiya zonaları ilə bağlı məsələ müzakirə ediləcək”, - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, nazirlər həmçinin ölkələr arasında əməkdaşlığın müxtəlif sahələr üzrə davam etdirilməsini müzakirə edəcəklər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İordaniya   Suriya  


Bizi "telegram"da izləyin