KXDR Pxungeri poliqonunda kabellərin yığışdırılmasına başlayıb

2018/05/63003_80043534_1525330737.png
Oxunub: 3330     14:57     03 May 2018    
KXDR hərbçiləri Pxungeri nüvə poliqonundakı tunellərdən kabellərin yığışdırılmasına başlayıblar.

Ordu.az KBS telekanalına istinadən xəbər verir ki, bu barədə bir sıra kəşfiyyat mənbələri məlumat yayıb.

Məlumata görə, Xamqyon-Pukto vilayətində yerləşən poliqondan kabellərin yığışdırılması onun bağlanmasına hazırlıq baxımından ilk addımlardır.

Daha öncə Cənubi Koreya prezidentinin mətbuat katibi Yun Yon Çan KXDR hökumətinin Pxungeri nüvə poliqonunu may ayında bağlayacağını bəyan edib və bildirib ki, demontaj prosesi ictimaiyyət üçün açıq xarakter daşıyacaq. O həmçinin qeyd edib ki, bu barədə razılıq aprelin 27-də keçirilən KXDR və Cənubi Koreya liderlərinin görüşündə əldə edilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Pxungeri   Poliqon  


Bizi "telegram"da izləyin