Birləşmə naziri: “Sülh müqaviləsi yalnız nüvəsizləşdirmədən sonra imzalanacaq”

2018/05/345345_1525326570.jpg
Oxunub: 2898     13:48     03 May 2018    
“İki Koreya arasında sülh barədə müqavilənin imzalanması bilavasitə nüvəsizləşdirmə prosesindən asılıdır”.

Ordu.az “Chosun Ilbo” nəşrinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya birləşmə naziri Çin Myon Gyun bəyan edib.

“Koreya müharibəsinin bitməsi barədə bəyanat mayın sonları, oyun ayının əvvəllərinə planlaşdırılan Şimali Koreya-Amerika sammitinin nəticələri üzrə edilə bilər, lakin sülh müqaviləsi yalnız Koreya yarımadasının nüvəsizləşdirilməsindən sonra mümkündür”, - deyə Gyun bildirib.

O qeyd edib ki, Cənubi Koreya üçün bu məsələdə prioritet məhz yarımadanın tam şəkildə nüvəsizləşdirilməsidir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Danışıqlar  


Bizi "telegram"da izləyin